Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Suraxanıda maşın piyadanı vuraraq öldürüb, sürücü saxlanılıb

Suraxanıda maşın piyadanı vuraraq öldürüb, sürücü saxlanılıb

Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü tutuldu (23 Mart 2017 17:32)
Hacıqabulda maşın piyadanı vurdu (22 Mart 2017 20:44)
Bakıda "London taksisi" ölümə səbəb oldu (20 Mart 2017 12:32)

Tarix: 6 Oktyabr 2016 05:07

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonu ərazisində piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.
"Report" xəbər verir ki, rayonun Yeni Günəşli qəsəbəsi ərazisində yolu keçmək istəyən 76 yaşlı Zaman Mədət oğlu Quliyevi maşın vurub.
Piyada ağır xəsarətlər alıb. O, hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq Zaman Quliyevin həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerində polis əməkdaşları olublar. Müayinələr aparılıb və müvafiq ekspertizalar təyin edilib. Polisdən verilən məlumata görə, sürücü saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.

Teqlər:  Suraxanıda maşın piyadanı vuraraq öldürüb sürücü saxlanılıb



RƏYLƏR


Top xəbərlər