Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

35 yaşlı kişi yaşadığı məhəllədə bıçaqlandı

35 yaşlı kişi yaşadığı məhəllədə bıçaqlandı

Date: 6 October 2016 05:29

Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə “2-ci Alatava” yaşayış massivində qeydə alınıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, 35 yaşlı Azər Tağıyev yaşadığı məhəllədə bıçaqlanıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlər üzərində bir bıçaq xəsarəti olan Azər Tağıyevin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

 

Hadisə barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat verilib, araşdırmalara başlanılıb. Azər Tağıyevi bıçaqlayan şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla əlaqədar cinayət işi başlanıb.


Tags:  yaşlı kişi yaşadığı məhəllədə bıçaqlandı


RƏYLƏR


Top news