Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı oğlunun anasının yaşadığı kişini qətlə yetirib

Azərbaycanlı oğlunun anasının yaşadığı kişini qətlə yetirib

Ər arvadını yemək üstündə öldürdü - POMİDORLA BİŞİRMƏYİB DEYƏ (17 Mart 2017 15:03)
Əmircan sakini yeznəsini öldürdü: bacısını incitdiyi üçün (06 Mart 2017 09:03)
Ailə QƏTLİAMI: Türkiyə vətəndaşı rus həyat yoldaşı və iki uşağını qətlə yetirdi (14 Fevral 2017 21:48)

Tarix: 6 Oktyabr 2016 05:42

Bakı. 6 oktyabr. REPORT.AZ/ Rusiyanın Miçurin Şəhər Məhkəməsi oğlunun anasının yaşadığı kişini qətlə yetirən 25 yaşlı yerli sakin barəsində hökm çıxarıb.
"Report" xəbər verir ki, məhkum olunan şəxs Azərbaycan Respublikası vətəndaşıdır.
Rusiya İstintaq Komitəsinin Tambov vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidmətinin məlumatına görə, o, 2009-cu ildə Tambov vilayətinin Miçurin şəhərində yerli sakin ilə tanış olub və 2 ildən sonra onların oğlan övladı dünyaya gəlib. 2012-ci ildə gənc oğlan Azərbaycana gəlib və uzun müddət Rusiyaya qayıda bilməyib.
O, cari ilin yanvar ayında Miçurinə getdikdə öyrənib ki, vətəndaş nikahında qaldığı qadın başqa kişi ilə yaşayır. Və bu səbəbdən tərəflər arasında münaqişə baş verib.
Mayın 17-də gənc insanlar şəhər ərtafında görüşüblər. Münasibətlərinə aydınlıq gətirən zaman azərbaycanlı rəqibinin qarın nahiyəsinə bıçaq zərbəsi endirib və ərazini tərk edib. 26 yaşlı zərərçəkən qan itkisindən dünyasını dəyişib. Azərbaycanlı şəhərdən qaçmaq qərarına gələrək Mahaçqalaya qatar bileti alıb. Lakin vağzalda polis əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmənin hökmü ilə o, cəzasını ciddi rejimli islah müəssisəsində çəkmək şərti ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Teqlər:  Azərbaycanlı oğlunun anasının yaşadığı kişini qətlə yetirib



RƏYLƏR


Top xəbərlər