Mehriban Əliyeva və Leyla Əliyeva “Əli və Nino” filminin premyerasında iştirak ediblər - FOTO

Mehriban Əliyeva və Leyla Əliyeva “Əli və Nino” filminin premyerasında iştirak ediblər - FOTO
06:52 6 Oktyabr 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində "Əli və Nino" filminin premyerası olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında çəkilən filmin premyerasında ekran əsərinin yaradıcı heyəti də iştirak edib.

Premyera filmdə rol almış məşhur aktyorların qırmızı xalı üzərindən keçidi ilə başlayıb.

Filmin təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, layihənin rəhbəri və icraçı prodüseri Leyla Əliyeva iştirak ediblər.

Filmin nümayişindən əvvəl baş rolun ifaçısı Adam Bakrinin videomüraciəti göstərilib. O, Bakıdakı təqdimat mərasimində iştirak edə bilmədiyi üçün təəssüfləndiyini vurğulayıb. Adam Bakri filmdə yaratdığı roldan zövq aldığını deyib. Azərbaycan dilində çıxış edən aktyor bildirib: "Mən Azərbaycanda çox gözəl vaxt keçirdim və sizinlə görüşmək mənim üçün şərəfdir".

Sonra film nümayiş olunub.

Birinci Dünya müharibəsinin başlanmasına, dünya neft ehtiyatının 50 faizinin Azərbaycanın payına düşməsinə, ölkəmizin Şərq ilə Qərbin qovuşduğu məkanda yerləşməsinə dair sözlərlə başlayan film elə ilk kadrlarından tamaşaçıda böyük maraq yaradır. Qədim Bakının mənzərələrini göz önündə canlandıran, istiqanlı və məğrur bir xalqın nümayəndəsi olan Əlinin obrazında sərhəd tanımayan, heç bir mənsəbə məhəl qoymayan ülvi bir eşq hekayəsini böyük ustalıq və peşəkarlıqla təqdim edən filmin gələcək uğurlarını bu gündən aydın görmək mümkündür.

Çəkilişləri 2015-ci il ərzində aparılan "Əli və Nino" filminin süjet xətti Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində ölkəmizin bolşeviklər tərəfindən işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgi hekayəsi üzərində qurulub.

Filmin prodüseri Kris Tikye, rejissoru "BAFTA" mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.

Çəkilişlər Bakının müxtəlif məkanlarında, o cümlədən tarixi İçərişəhərdə, Qobustanda, Xınalıqda, Gəncə və Gədəbəydə aparılıb. Baş rollarda Adam Bakri (Əli) və Mariya Valverdenin (Nino) çəkildikləri 104 dəqiqəlik ekran əsərində, həmçinin Fəxrəddin Manafov, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Əsad Buab, Numan Akar və digər məşhur aktyorlar rol alıblar.

"Əli və Nino" ilk dəfə 2016-cı il yanvarın 27-də ABŞ-ın nüfuzlu "Sundance" beynəlxalq film festivalı çərçivəsində nümayiş olunub. Ekran əsəri festivalda 3 gün ərzində "Premyera" kateqoriyasında təqdim edilib. İctimaiyyətə ilk dəfə təqdim olunan bu film artıq dünya mediasının da gündəmindədir. Xarici media "Əli və Nino"nun musiqisini və kinematoqrafiyasını yüksək dəyərləndirir. Mətbuat materiallarında filmin musiqisinin nostalji, eyni zamanda, romantik, kədərli, bununla yanaşı, ümidverici olduğu qeyd edilir. Filmin çox hissəsinin orijinal əsərə uyğun çəkildiyi, ekran əsərinin iki gəncin münasibətlərinin mənfi və müsbət tərəflərini, eləcə də kənardan göstərilən təzyiqləri əks etdirdiyi bildirilir. Qeyd olunur ki, Adam Bakri və Mariya Valverde öz obrazlarının sentimental cəhətlərini məharətlə canlandıra, həmişə, hətta ən çətin anlarda belə soyuqqanlıqlarını qoruya biliblər.

Nümayişdən sonra prodüser Kris Tikye çıxış edərək deyib: "Əslində, bu gün "Əli və Nino" filminin dünya premyerasıdır". O, filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.

"Şəxsən mən ilk dəfədir ki, Azərbaycan dilinə dublyaj olunmuş filmi seyr edirəm. Ümidvaram ki, film çox böyük uğur qazanacaq. Bizə bu ölkədə film çəkmək çox xoş oldu və biz sizin ölkənizi çox sevdik", - deyən Kris Tikye çəkiliş zamanı filmin icraçı prodüseri Leyla Əliyevanın işə vurğunluğunu, yaradıcı ideyalarını, işin ümumi prosesinə verdiyi dəstəyi xüsusi qeyd edib.

Daha sonra Kris Tikye Leyla Əliyevanı, Kristofer Hemptonu, Mariya Valverdeni və Numan Akarı səhnəyə dəvət edib.

Qeyd edək ki, müxtəlif dövlətlərin, millətlərin nümayəndələrinin yer aldıqları film barədə kinoşünasların da zəngin təəssüratları var.

Filmin ssenari müəllifi Kristofer Hemptonun fikrincə "Əli və Nino" qeyri-adi bir əsərdir. Film ona Azərbaycanı yaxından tanımağa imkan yaradıb. "Maraqlıdır, ölkənin ərazisi böyük olmasa da fərqli coğrafi mövqeyi, iqlimi, meşələri var. Xalqınız çox mehribandır. Burada çox gözəl vaxt keçirdim", - deyə Kristofer Hempton vurğulayıb. Bir çox layihələrdə işlədiyini qeyd edən Kristofer Hempton diqqətə çatdırıb ki, bu layihə istər çəkiliş prosesi, istərsə də mövzu baxımından onun üçün çox maraqlı olub.

Film Azərbaycanda oktyabrın 6-dan başlayaraq "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Ekran əsəri Azərbaycan və ingilis dillərindədir.

Oktyabrın 24-dən başlayacaq Asiya Dünya Film Festivalı isə "Əli və Nino" filmini açılış mərasimində nümayiş olunacaq ekran əsəri kimi seçib.

Milli.Az













RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şəkidə meşə ərazisində yanğın hadisəsi baş verib

23 Avqust 2017 21:37

Britni Spirs ideal bədənini göstərdi - VİDEO

23 Avqust 2017 21:33

“Qarabağ” tarixi oyuna çıxır

23 Avqust 2017 21:30

Bakıda avtobus sürücüsü evə basqın edib - VİDEO

23 Avqust 2017 21:18

Gürcüstanda yerli özünü idarəetmə orqanlarına keçiriləcək seçkilərə 39 mln. lari ayrılacaq

23 Avqust 2017 21:17

Avtomobil qiymətinə qoyun satılır -

23 Avqust 2017 21:10

Qəbələdə yeni binalar və istirahət mərkəzləri inşa edilir

23 Avqust 2017 21:08

Nazir: Kənd təsərrüfatı sektorunda çalışanların sayı bu ilin əvvəlinə 1,7 milyon nəfəri ötüb

23 Avqust 2017 20:52

Yaponiyada dəfn mərasimlərini robotlar idarə edəcək - FOTO

23 Avqust 2017 20:48

Nəhəng ilan uşağa hücum etdi -

23 Avqust 2017 20:45

Rus zənginlər xaricdə 1 trln. dollardan çox vəsait gizlədirlər

23 Avqust 2017 20:37

Azərbaycanlı fotoqrafdan yarıçılpaq – FOTOLAR

23 Avqust 2017 20:33

Xaçmazda 54 yaşlı kişini tok vurub öldürdü

23 Avqust 2017 20:29

"Hato" qasırğası Honq-Konqa çatıb

23 Avqust 2017 20:25

Arxeoloqlar 1500 yaşı olan MOZAİKA TAPDILAR

23 Avqust 2017 20:18

Mingəçevirdə 21 yaşlı qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb

23 Avqust 2017 20:17

"Azexport"a 7 ayda 53 ölkədən 264 mln. ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub

23 Avqust 2017 20:12

İrəvanın “Prometey” QORXUSU, sülh üçün YEGANƏ YOL... – GÜNÜN SİYASİ XÜLASƏSİ

23 Avqust 2017 20:03

Terrorçular məhkəmə qarşısına çıxdı -

23 Avqust 2017 20:00

Soçidə Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilir

23 Avqust 2017 19:52

Norveç Neft Fondu səhmlər investisiyasını daha 10% bəndi artırır

23 Avqust 2017 19:52

Ərəb koalisiyası Yəmənə aviazərbələr endirdi, 35 dinc sakin öldü

23 Avqust 2017 19:48

Mettis:

23 Avqust 2017 19:38

Soçidə Putinlə Sarkisyan görüş keçirir

23 Avqust 2017 19:37

DİM sədri: "Vaxtilə belə diplomlar Moskvada metroda da satılırdı"

23 Avqust 2017 19:27

Nazirlik:

23 Avqust 2017 19:16

Müəllimlərin dərs yükü və əməkhaqqı ilə bağlı prezidentdən SƏRƏNCAM

23 Avqust 2017 19:09

Bu il 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

23 Avqust 2017 19:04

39 yaşı tamam olan Vüsal Məmmədov: “Daha məni düşmən sayanları da incitməməyə çalışacam"

23 Avqust 2017 19:03

Türkmənistan prezidenti Ermənistana rəsmi səfər edəcək

23 Avqust 2017 19:02

“Qəbələ”yə Cənubi Koreyaya yollanır

23 Avqust 2017 18:57

Azərbaycan FHN Gürcüstanda yanğınsöndürmə əməliyyatlarını davam etdirir

23 Avqust 2017 18:56

Təhsil Nazirliyinin mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul etdiyi müəllimlərin əməkhaqqı artırılıb

23 Avqust 2017 18:52

Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini müvəqqəti dayandırıb

23 Avqust 2017 18:42

FHN Gürcüstanda yanğınla bağlı düşərgə yaratdı

23 Avqust 2017 18:34

Dənizdə batan əcnəbi xilas edildi

23 Avqust 2017 18:33

Ali məktəblərin nəzdində hazırlıq qruplarının yaradılması ilə bağlı layihə hazırlanıb

23 Avqust 2017 18:32

Nazirlik: Bakı və Abşeronda müşahidə olunan tozun miqdarı 52 faizi keçib

23 Avqust 2017 18:27

İkimərtəbəli mağaza yandı

23 Avqust 2017 18:23

"ASAN xidmət"in işçilərinin sayı artırılıb

23 Avqust 2017 18:17

Ali məktəbə qəbulda test imtahanı ləğv edilir?

23 Avqust 2017 18:17

Nazirlər Kabineti Aparatının strukturunu təsdiq edildi

23 Avqust 2017 18:14

"Qarabağ"ı bu axşam Danimarkada nə gözləyir? - BAŞ MƏŞQÇİLƏRİN ŞƏRHİ

23 Avqust 2017 18:08

28 ryonun içməli su təminatı yaxşılaşdırılacaq - SƏRƏNCAM

23 Avqust 2017 18:04

Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə və görüləcək profilaktik tədbirlərə dair müşavirə keçirilib

23 Avqust 2017 18:02

Şirvan Əbilov “Tərəqqi” medalı ilə təltif edilib

23 Avqust 2017 18:02

Merkel NATO nizamnaməsini RƏDD ETDİ

23 Avqust 2017 17:58

Azərbaycanın 28 rayonunda içməli su təchizatı sistemi qurulacaq

23 Avqust 2017 17:52

Manatın sabaha olan məzənnəsi

23 Avqust 2017 17:52

Qafqazın ilk xanım fan klubunun üzvləri: ""Qarabağ" tarix yazacaq" - FOTOLAR

23 Avqust 2017 17:48