Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Dünyanın ən bahalı brendləri açıqlandı (SİYAHI)

Dünyanın ən bahalı brendləri açıqlandı (SİYAHI)

Date: 6 October 2016 07:08

"Interbrand Corp." konsaltinq agentliyi dünyanın ən bahalı brendlərinin reytinqini tərtib edib.

"Report"un "Lenta.ru" saytına istinadən verdiyi xəbərə görə, siyahıda birincilik dəyəri il ərzində 179,1 mlrd. dollardək artan "Apple" şirkətinə verilib. İkinci "Google" (11% - 133,3 mlrd. dollaradək bahalaşıb) seçilib. Liderlərin üçlüyünü 13 il siyahının birincisi olan "Coca-Cola" tamamlayıb (- 7%, 73,1 mlrd. dollar). Bununla belə, hər il reytinqin üçlüyünə eyni brendlər düşə bilir. Onların ancaq sıralanması dəyişir.

Reytinqin ilk onluğuna yüksək texnologiyalar sektorunun 6 nümayəndəsi, o cümlədən "Microsoft" (4-cü yer, dəyəri - 72,8 mlrd. dollar, "İBM" (6-cı yer, 52,5 mlrd.dollar), "Samsung" (7-ci yer, 51,8 mlrd. dollar) və "Amazon" (8-ci yer, 50,3 mlrd. dollar) brendi də daxil olub. Eyni zamanda, onluqda "Toyota" (5-ci) və "Mercedes" (9-cu) kimi avtomobil brendləri, habelə "General Electric" (10-cu) də yer alıb.

Reytinqdə ən sürətli dəyər toplayan brend "Facebook" (+ 48%, 32,6 mlrd.) hesab edilir. O, 15-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, 100 aparıcı dünya brendinin ümumi dəyəri 2015-ci ildə ötən illə müqayisədə 4,7% artaraq, 1,796 trl. dollar təşkil edib. Brendlərin dəyəri hesablanarkən şirkətlərin maliyyə nəticələri, onların istehlakçıların alış-verişi barədə qərarlarına təsiri və gəlirləri təmin etmək qabiliyyəti nəzərə alınır.


Tags:  Dünyanın bahalı brendləri açıqlandı SİYAHI


RƏYLƏR


Top news