Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ekspertdən xəbərdarlıq: "Azərbaycan tərəfi indi çox ehtyatlı olmalıdır"

Ekspertdən xəbərdarlıq: "Azərbaycan tərəfi indi çox ehtyatlı olmalıdır"

Date: 6 October 2016 07:17

Ermənistanda yeni hökumətin formalaşması zamanı sabiq Prezident Aparatının rəhbəri Viqen Sarkisyanın Seyran Ohanyanın yerinə müdafiə naziri təyin edilməsi və ona feldmarşal rütbəsinin verilməsi İrəvanın özündə birmənalı qarşılanmadı. Bəziləri bunu tragikomik president, digərləri isə ordunun güclü idarəçiyə tapşırılması ilə bu sahədəki əksikliklərin aradan qaldırılacağı kimi dəyələndirdilər.

Məsələyə Azərbaycan tərəfinin baxışı da az maraqlı deyil. Burada da bəziləri V.Sarkisyanın hərbi sahədə peşəkar olmamasını qabardaraq buna ironiya ilə yanaşır, digərləri isə Dağlıq Qarabağ münaqişəsi zonasında ehtiyat tədbirləri görməyin lazım gəldiyini deyirlər.

Hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Milli.Az-a açıqlamasında deyib ki, prezident Sarkisyan soydaşını müdafiə naziri qoymaqla "bir güllə ilə iki dovşan vurmaq" istəyir:

"Hamı bilir ki, Ermənistanın yeni müdafiə naziri Viqen Sarkisyan hərbi sahədə, ümumiyyətlə, diletantdır. Onun iş təcrübəsi Azərbaycanın döyüş görmüş zabitlərinin müharibə təcrübəsindən də azdır. Amma Serj Sarkisyan Viqen Sarkisyanı əvvəlcə Prezident Aparatının rəhbəri, sonra da müdafiə naziri vəzifəsinə elə-belə qoymayıb. Əvvəla, Müdafiə Nazirliyi dövlət strukturları içərisində ən böyük büdcəyə malik qurumdur. Məhz buna görə Viqen Sarkisyan bu vəzifəyə gətirilib və o da prezidentin sağ əli kimi həmin büdcəyə nəzarət edəcək. Hərbi baxımdan onun heç bir ciddi təcrübəsi yoxdur. Ona köməkçi kimi silahlı qüvvələrin baş qərargah rəisi təyin olunan şəxs isə məlum aprel hadisələrindən sonra gah yaralandığı, gah öldüyü deyilən və bir müddət ortalıqdan itib harada olduğu bəlli olmayan Movses Akopyandır. M.Akopyan Dağlıq Qarabağda terrorçu-separatçı dəstənin komandirlərindən biri olub. Yəni Ermənistan rəhbərliyi indi "bir güllə ilə iki dövşan vurmaq" istəyir. Belə ki, bu addım həm də daxildəki narazılığı yatırtmaq üçün atılıb. Çünki Ermənistanda əsgər anaları ordudakı vəziyyət, əsgər ölümlərinin çoxalması ilə bağlı çox narazılıq edirdilər".

Ekspertin fikrincə, Prezident Aparatının rəhbərini müdafiə naziri qoymaqla orduda heç nə dəyişməyəcək: "Düşünmürəm ki, V.Sarkisyanın təyinatı ordunun imicini qaldırmaq baxımından hansısa müsbət effekt versin. Düzdür, ötən ilə nisbətən Ermənistanın hərbi xərcləri bir qədər artırılıb, lakin bu da nəyisə xilas etməyəcək. Erməni mənbələrinin məlumatına görə, bu ilin 9 ayı ərzində 150-yə yaxın erməni hərbi qulluqçusu həyatını itirib. Hələ döyüş əməliyyatları zamanı və xəstəliklərdən önənləri demirik. Ona görə də Ermənistanın yeni müdafiə nazirinin orduda hansısa irəliləyişə nail olacağını düşünmürəm".

Lakin Ü.Cəfərovun fikrincə, cəbhədə bir neçə istiqamətdə və müxtəlif xarakterli təxribatlar törədilə bilər: "Yeganə əsas məsələ odur ki, biz - Azərbaycan tərəfi indi çox ehtyatlı olmalıyıq. Çünki böyük ehtimalla yeni nazir ön xətdə Azərbaycanın canlı qüvvəsi və texnikasına zərbə vurmaq üçün müəyyən göstərişlər verəcək. Bu, ona təzə rəhbər kimi özünü göstərmək, gözə soxmaq üçün lazımdır. Ola bilsin ki, ön xətdə ən azından snayperlər və digər qoşun növləri tərəfindən kəşfiyyat-diversiya xarakterli hansısa əməliyyatlar həyata keçirilsin. Biz bunu diqqətdən qaçırmamalıyıq və təbii ki, adekvat tədbirlər də görülməlidir. Yəqin ki, bizim Müdafiə Nazirliyində də bunu anlayır və nəzərə alırlar. Yenə de deyirəm ki, bir müddətlik cəbhə xəttində təxribatların sayı artacaq. Lakin ermənilərin burunları ovulandan, güclü zərbə alandan sonra özləri sakitləşəcəklər".

İlkin İzzət
Milli.Az


Tags:  Ekspertdən xəbərdarlıq Azərbaycan tərəfi indi çox ehtyatlı olmalıdır

RƏYLƏR


Top news