Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı avtovağzalında bıçaqlandı

Bakı avtovağzalında bıçaqlandı

Date: 6 October 2016 07:32

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 34 yaşlı Fərid Atakişiyev Bakı Beynəlxalq Avtovağzalı ərazisində bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
 
Fərid Atakişiyevi bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Hadisə yerinə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları gəliblər. Şahidlər dindirilib, avtovağzal ərazisindəki müşahidə kameralarının görüntülərinə baxış keçirilib. Yaralını dindirmək hələlik mümkün olmayıb.
 
Hadisəni törədən şəxsin axtarışları davam edir. Faktla əlaqədar cinayət işi başlanıb.
Milli.Az


Tags:  Bakı avtovağzalında bıçaqlandı

RƏYLƏR


Top news