Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qırmızı ətlə limon yeyin

Qırmızı ətlə limon yeyin

Date: 6 October 2016 07:37

Mütəxəssislər qırmızı ətin yanında limon yeyilməsini tövsiyə edirlər. Belə ki, ətin tərkibində olan dəmirin orqanizm tərəfindən qəbul edilməsi üçün əti limonla yemək məsləhət görülür.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər sağlam və gümrah bir həyat üçün lazımlı olan zülalın balanslı bir şəkildə istehlak edilməsinin lazım olduğunu bildirirlər. Bu səbəbdən də, həftədə 2 gün qırmızı ət, 2 gün balıq, 2 gün göyərti və 1 gün toyuq istehlak olunmasını tövsiyə edirlər. Bundan əlavə, zülallı qida qəbul etdikdən sonra birbaşa çay və qəhvə qəbul etmək olmaz. Ən azı yarım saat keçməlidir.
Qırmızı ətdə olan dəmirin tam yayılması üçün limon ilə birlikdə yeyilməsini tövsiyə edilir. Limon - təbiətin insana bəxş etdiyi ən güclü əridici və zəhərlənmənin qarşısını alan vasitələrdən biridir. Bədənə daxil olduqda, onun şirəsi əvvəlcə xaric ediləsi maddələri əridir, sonra orqanizmin həmin nasazlanmış hissəsinin bərpasına başlayır. Ətdə olan dəmiri də bu sayədə rahatlıqla əridir və tezliklə bədənə yayılmasını təmin edir.

Milli.Az


Tags:  Qırmızı ətlə limon yeyin

RƏYLƏR


Top news