Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

iPhone 7-nin akkumulyatoru ən pis nəticə göstərdi

iPhone 7-nin akkumulyatoru ən pis nəticə göstərdi

Will iPhone 8 have 3D camera? (26 November 2016 15:46)

Date: 6 October 2016 07:57

Müstəqil "Which?" nəşrinin araşdırmasına görə, yeni "iPhone 7" smartfonunun akkumulyatoru ən pis nəticə göstərib.

Ekspertlər "iPhone 7" qurğusunu başqa şirkətlərin qabaqcıl smartfonları ilə müqayisə ediblər: "HTC 10", "LG G5" və "Samsung Galaxy S7". Mütəxəssislər birinci sınaqda qurğuların danışıq zamanı, ikinci sınaqda isə internetə qoşulma zamanı avtonom iş vaxtını yoxlayıblar. Nəticədə "iPhone 7" smartfonu sonuncu yeri tutub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, belə ki, ilk sınaqda "iPhone 7" cihazı 12 saat işlədiyi halda "HTC 10"-da bu göstərici 31 saat təşkil edib. İnternetə qoşulma zamanı "iPhone 7" 10 saatdan bir qədər çox işləyib. "HTC 10" qurğusunda bu göstərici 13 saat  olub.

Tədqiqatın müəllifləri yeni "iPhone 7" smartfonunun aşağı göstəricisini akkumulyatorun aşağı tutumu ilə izah edirlər. Müqayisə üçün, "iPhone 7"-nin akkumulyatorunun tutumu 1960 milliamper/saat olduğu halda "HTC" smartfonunda bu göstərici 3 min təşkil edir.

Milli.Az


Tags:  iPhone 7-nin akkumulyatoru pis nəticə göstərdi



RƏYLƏR


Top news