Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Qapısında xüsusi təyyarə də gözləyir” - Zəhranın atası

“Qapısında xüsusi təyyarə də gözləyir” - Zəhranın atası

Date: 6 October 2016 07:57

Ötən həftə mətbuatda müğənni Hülya Avşarın Londonda təhsil alan qızı Zəhra üçün 4 qulluqçu göndərdiyi barədə məlumatlar yayılmışdı.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Zəhranın atası, Hülyanın keçmiş əri olan Kaya Çilingiroğlu iddiaları təkzib edib:

"Zəhra ilə son dəfə danışanda "Paltar yudum, yemək bişirdim" dedi. Hər dəfə məni təəccübləndirir".

K.Çilingiroğlu qulluqçu məsələsinə əsəbiləşib və maraqlı cavab verib:

"Qulluqçu, hətta 5 sürücü də göndərdik. Üstəlik, 2 limuzin, qapısında xüsusi təyyarə və 3 pilot da var. Qulluqçu xəbərlərinin hardan çıxdığını başa düşə bilmirəm. Tələbə yataqxanasında, cəmi 1 otaqlı evdə qalır. Zəhra sadə insandır".

Qeyd edək ki, Zəhra Londonda "Vestminster Universiteti"ndə təhsil alır.

Milli.Az


Tags:  Qapısında xüsusi təyyarə gözləyir Zəhranın atası

RƏYLƏR


Top news