Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Omega 3 ilə zəngin olan 5 məhsul

Omega 3 ilə zəngin olan 5 məhsul

Date: 6 October 2016 08:05

1. Yumurta

Hər bir toyuq yumurtasının sarısı omega 3 ilə zəngindir. Adicə bir yumurtanın tərkibində 240 milliqram DHA və digər turşu birləşmələri mövcuddur.
 
2. Qızıl balıq
Bütün balıq növlərində omega 3 olduğu kimi qızıl balıqda da bu maddə vardır. Sadəcə olaraq, onun digərlərindən fərqli cəhəti omega 3 miqdarının daha çox olmasıdır. Qızıl balığın tərkibində 1600 milliqram DHA və EHP birləşmələri üstünlük təşkil edir. Bu səbəbdən də, həmin balıqdan çoxlu miqdarda istifadə etmək məsləhət görülür.
 
3. Fındıq
Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, yüksək miqdarda omega 3 ilə zəngin olan bu məhsulun istifadəsi məqsədə uyğundur. Onun tərkibində 2600 milliqram faydalı birləşmə vardır. Bu isə, insan sağlamlığına olduqca lazımlıdır.
 
4. Kanola
Bir çox insan kanola məhsulundan xəbərsizdir. Lakin onun tərkibində olan maddələr insan orqanizminə olduqca vacibdir. Bir xörək qaşığı kanolanın tərkibində 1200 milliqram faydalı birləşmə mövcuddur.
 
5. Kətan toxumu
Kokteyl və salatların tərkibində olduqca ləzzətli olan bu məhsulun tərkibi 1300 milliqram omega 3 maddəsi ilə zəngindir. Onun istifadəsi sağlamlığa çox xeyirlidir. Hər kəs tərəfindən qəbul edilməsi isə, məqsədəuyğundur.

Milli.Az


Tags:  Omega zəngin olan məhsul

RƏYLƏR


Top news