Orqanizmin dəmiri haqqında 5 həqiqət

Orqanizmin dəmiri haqqında 5 həqiqət
08:12 6 Oktyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu günün ən mühüm sağlamlıq problemlərindən biri - bədəndə dəmirin çatışmamasıdır. Dəmir, bədən sağlamlığını qorumaq üçün zəruri olan maddələrdəndir. (Tebyan saytına istinadən)

Dəmir haqqında bilməli olduğumuz beş həqiqət:
1. Bizim bədənimizin ən mühüm mayesi qandır. Qanda qırmızı hüceyrələrin meydana gəlməsi üçün dəmirin olması zəruridir. Hemoqlobin oksigeni ağciyərdən bütün bədən üzvlərinə ötürür. Həmçinin dəmir, uşaqların beyninin inkişaf etməsi və insanın beyin fəaliyyəti üçün lazım olan maddələrdəndir.
2. Əgər insan dəmiri lazım olan miqdarda qəbul etməzsə, bədənində qan azlığı və huşsuzluq, iştahasızlıq kimi əlamətlər meydana gələr. Milli.Az deyerler.org-a istinadən bildirir ki, qadınlar gün ərzində 18 milliqr., kişilər isə 8 milliqr. dəmir qəbul etməlidirlər. O kəslər ki, qırmızı əti az yeyirlər, tərəvəzlə qidalanırlar və idmanı çox edirlər, gərək bədənlərində olan dəmirin miqdarına nəzarət etsinlər.
3. Dəmir immun sistemini gücləndirər. Əgər bədəndə kifayət qədər dəmir olmazsa, əlamətlərindən biri budur ki, insan çox xəstələnir və bu xəstəliyi uzun müddət çəkir. Dəmir çatışmamazlığı sayəsində insan təngnəfəs olur, başı gicəllənir, rəngi qaçır, ürək zərbələrinin sayı artır.
4. Bədənə daxil olan dəmirin növləri müxtəlifdir və ona görə də müxtəlif cür cəzb olunur. Dəmirin iki növü vardır: heyvan mənşəli dəmir, bitki mənşəli dəmir. Heyvan mənşəli dəmir bədən tərəfindən tez cəzb olunur. Bu cür dəmir qırmızı ətdə, hind quşunda və balıqda olur. Bitki mənşəli dəmir isə mərcidə, lobyada, yaşıl noxudda, çörəkdə, tünd yarpağı olan tərəvəzdə, qurudulmuş meyvələrdə, yumurtada, fındıqda, qozda olur.
5. Gün ərzində yediyiniz yeməklərdə dəmirin olmasına nəzarət edin. Yeməkdən bir saat sonra çay və ya qəhvə içməyin. Çünki bu mayelər yediyiniz dəmirin miqdarını azalda bilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/476040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR