Hər 5-ci şəxs sağlamlığına mobil cihazla nəzarət edir

Hər 5-ci şəxs sağlamlığına mobil cihazla nəzarət edir
08:12 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər insanların neçə faizinin öz sağlamlığına nəzarət etmək üçün mobil cihazlardan istifadə etdiyini öyrənməyə çalışıblar. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, araşdırma aparan GfK mütəxəssisləri bir nəticəyə gəliblər ki, rusiyalıların cəmi 19 faizi öz sağlamlığına nəzarət etmək üçün cihazlardan istifadə edir. GfK-nın araşdırmasında 16 müxtəlif ölkələrin sakinləri iştirak ediblər.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 30 faizi öz sağlamlığının durumuna və fiziki fəallığa idman və tibbi mərkəzlərə getməklə, öz cihazlarındakı əlavənin köməyi ilə nəzarət etməyə üstünlük verirlər.
 
Belə ki, ABŞ və Braziliyada rəyi soruşulanların 29 faizi bildirib ki, öz həyat tərzinə və sağlamlığına cihazların vasitəsilə nəzarət edir. Almaniyada bu göstərici 28 faiz, Fransada isə 26 faiz təşkil edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/476336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR