Şəhriyar Məmmədyarov Əmir Teymur beynəlxalq şahmat turnirində iştirak edəcək

Şəhriyar Məmmədyarov Əmir Teymur beynəlxalq şahmat turnirində iştirak edəcək
08:32 6 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Oktyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Əmir Teymurun 680 illiyinə həsr olunmuş beynəlxalq şahmat turniri start götürəcək.
"Report" xəbər verir ki, turnirdə Azərbaycanı blits üzrə 2013-cü ilin dünya çempionu Şəhriyar Məmmədyarov təmsil edəcək.
Digər iştirakçılar arasında 2009-cu il Dünya Kubokunun qalibi Boris Qelfand (İsrail), sabiq dünya çempionu Ruslan Ponamaryov (Ukrayna) və Rüstəm Qasımcanov (Özbəkistan) kimi tanınmış adlar var.

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/sehriyar-memmedyarov-emir-teymur-beynelxalq-sahmat-turnirinde-istirak-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR