“Metyu” 19 nəfəri öldürdü

“Metyu” 19 nəfəri öldürdü
08:42 6 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Karib hövzəsi ölkələrində güclü qasırğa nəticəsində 19 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Metyu" qasırğası Haitidə 13, Dominikan Respublikasında isə 6 nəfərin ölümünə səbəb olub.
 
Bundan əvvəl Kolumbiya və Sent-Vinsentdə təbii fəlakət nəticəsində 4 nəfərin öldüyü bildirilirdi.
 
Qasırğa səbəbindən Haitidə oktyabrın 9-a təyin edilən ümumi seçkilər təxirə salınıb. Kubada 1 milyondan çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.
 
Qeyd edək ki, "Metyu" 2007-ci ildən bəri Karib hövzəsində baş verən ən şiddətli qasırğadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR