Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

14 “əş-Şəbab” silahlısı məhv edilib

14 “əş-Şəbab” silahlısı məhv edilib

Date: 6 October 2016 08:57

Somali hərbçiləri  "əş-Şəbab" qruplaşmasının 14 silahlısını, o cümlədən qruplaşmanın liderlərindən birini məhv edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Somalinin müdafiə nazirinin müavini Abdulla Hüseyn Əli bəyan edib.
 
Onun sözlərinə görə, terrorçuların zərərsizləşdirilməsi məqsədilə aparılan əməliyyat paytaxt Moqadişodan 50 km cənubda aparılıb.  Hərbçilər arasında itkilər barədə məlumat verilmir.
 
Qeyd edək ki, "Əl Qaidə" qruplaşması ilə əlaqəli olan "Əş-Şəbab" Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

Milli.Az


Tags:  əş-Şəbab silahlısı məhv edilib

RƏYLƏR


Top news