Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Ağıllı” Wi-Fi qurğusu pauzaya qoyulur

“Ağıllı” Wi-Fi qurğusu pauzaya qoyulur

Date: 6 October 2016 09:05

"Google" şirkəti "Pixel" smartfonlarının təqdimatı çərçivəsində "ağıllı" ev üçün "Google Wi-Fi" marşrutlayıcısını nümayiş etdirib. Şirkət routerin yaradılmasında simsiz həllər bazarının liderləri, o cümlədən "TP-LINK" və "ASUS" ilə əməkdaşlıq edib. Yeni "ağıllı" qurğu istifadəçilərə evdə siqnalın pis qəbul edilməsini aradan qaldırmağa kömək edərək tezlik və kanalların optimal sazlamasını avtomatik seçərək quraşdıracaq. Ev qurğuları ekosistemi ilə inteqrasiya edilən "Google Wi-Fi" marşrutlayıcısını smartfonda asanlıqla qurmaq olar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, maraqlıdır ki, tam söndürmə əvəzinə "Google Wi-Fi" qurğusunu pauzaya qoyaraq xüsusi enerjiyə qənaətli "yatma" rejiminə keçirmək mümkündür.
Qiyməti 129 dollar təşkil edəcək routeri üç nüsxədən ibarət dəstdə 299 dollara əldə edərək pula qənaət etmək olar. Qurğu üçün ilkin sifarişlərin qəbuluna bu ilin noyabrında başlamaq nəzərdə tutulur.

Milli.Az


Tags:  Ağıllı Wi-Fi qurğusu pauzaya qoyulur


RƏYLƏR


Top news