Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Oğul anasının yaşadığı kişini öldürdü

Oğul anasının yaşadığı kişini öldürdü

Date: 6 October 2016 09:08

Rusiyanın Miçurin Şəhər Məhkəməsi oğlunun anasının yaşadığı kişini qətlə yetirən 25 yaşlı yerli sakin barəsində hökm çıxarıb.

Məhkum olunan şəxs Azərbaycan Respublikası vətəndaşıdır.

Rusiya İstintaq Komitəsinin Tambov vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidmətinin məlumatına görə, o, 2009-cu ildə Tambov vilayətinin Miçurin şəhərində yerli sakin ilə tanış olub və 2 ildən sonra onların oğlan övladı dünyaya gəlib. 2012-ci ildə gənc oğlan Azərbaycana gəlib və uzun müddət Rusiyaya qayıda bilməyib.
O, cari ilin yanvar ayında Miçurinə getdikdə öyrənib ki, vətəndaş nikahında qaldığı qadın başqa kişi ilə yaşayır. Və bu səbəbdən tərəflər arasında münaqişə baş verib.

Mayın 17-də gənc insanlar şəhər ətrafında görüşüblər. Münasibətlərinə aydınlıq gətirən zaman azərbaycanlı rəqibinin qarın nahiyəsinə bıçaq zərbəsi endirib və ərazini tərk edib. 26 yaşlı zərərçəkən qan itkisindən dünyasını dəyişib. Azərbaycanlı şəhərdən qaçmaq qərarına gələrək Mahaçqalaya qatar bileti alıb. Lakin vağzalda polis əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmənin hökmü ilə o, cəzasını ciddi rejimli islah müəssisəsində çəkmək şərti ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. (milli.az)


Tags:  Oğul anasının yaşadığı kişini öldürdü


RƏYLƏR


Top news