Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərbaycan və San-Marinodan 6 xal almaq çox asandır"

"Azərbaycan və San-Marinodan 6 xal almaq çox asandır"

Date: 6 October 2016 09:17

"Yenidən millinin heyətində olmaqdan çox məmnunam. Kənarda qalmaq çox üzücü idi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,bu sözləri Norveç millisinin futbolçusu Tarik Elyunusi deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq şimallıların üzvü uzun müddət aradan sonra yenidən milli komanda ilə birlikdə olmaqdan xoşbəxt olduğunu ifadə edib: "Bu uşaqları yenidən görmək və birlikdə olmaq çox gözəldir. Geri dönüşüm bir qədər zaman aldı, ancaq artıq buradayam".
 
Hazırda "Olimpiakos"da çıxış edən 28 yaşlı futbolçu qarşıdakı oyunlardan maksimum nəticə ilə ayırlmağı hədəflədiklərini deyib: "Milli komanda ilə mənim yaxşı xatirələrim var. Qarşıda bizi iki oyun gözləyir. Azərbaycan və San-Marino ilə matçlardan 6 xalla ayrılmalıyıq. Bu çox asandır".
 
Qeyd edək ki, Norveçlə Azərbaycan arasındakı oyun oktyabrın 8-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Görüş saat 20:00-da start götürəcək.

Milli.Az


Tags:  Azərbaycan San-Marinodan xal almaq çox asandır

RƏYLƏR


Top news