Mehriban Əliyeva qızı və nəvələri ilə film izlədi - fotolar

Mehriban Əliyeva qızı və nəvələri ilə film izlədi -  fotolar
09:26 6 Oktyabr 2016
133 Şou
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Mərkəzində “Əli və Nino” filminin premyerası olub.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında çəkilən filmin premyerasında ekran əsərinin yaradıcı heyəti də iştirak edib.

Filmin təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, layihənin rəhbəri və icraçı prodüseri Leyla Əliyeva iştirak ediblər.

Filmin nümayişindən əvvəl baş rolun ifaçısı Adam Bakrinin videomüraciəti göstərilib. O, Bakıdakı təqdimat mərasimində iştirak edə bilmədiyi üçün təəssüfləndiyini vurğulayıb. Adam Bakri filmdə yaratdığı roldan zövq aldığını deyib. Azərbaycan dilində çıxış edən aktyor bildirib:

“Mən Azərbaycanda çox gözəl vaxt keçirdim və sizinlə görüşmək mənim üçün şərəfdir”.

Filmin prodüseri Kris Tikye, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur. Baş rollarda Adam Bakri (Əli) və Mariya Valverdenin (Nino) çəkildikləri 104 dəqiqəlik ekran əsərində, həmçinin Fəxrəddin Manafov, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Əsad Buab, Numan Akar və digər məşhur aktyorlar rol alıblar.

Nümayişdən sonra prodüser Kris Tikye çıxış edərək deyib:

“Əslində, bu gün “Əli və Nino” filminin dünya premyerasıdır”. O, filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.

“Şəxsən mən ilk dəfədir ki, Azərbaycan dilinə dublyaj olunmuş filmi seyr edirəm. Ümidvaram ki, film çox böyük uğur qazanacaq. Bizə bu ölkədə film çəkmək çox xoş oldu və biz sizin ölkənizi çox sevdik”, - deyən Kris Tikye çəkiliş zamanı filmin icraçı prodüseri Leyla Əliyevanın işə vurğunluğunu, yaradıcı ideyalarını, işin ümumi prosesinə verdiyi dəstəyi xüsusi qeyd edib.

Film Azərbaycanda oktyabrın 6-dan başlayaraq “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Ekran əsəri Azərbaycan və ingilis dillərindədir.

Oktyabrın 24-dən başlayacaq Asiya Dünya Film Festivalı isə “Əli və Nino” filmini açılış mərasimində nümayiş olunacaq ekran əsəri kimi seçib.







Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58780

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR