Bakıda Olimpiya stadionuna doğru sıxlıq yaranıb

Bakıda Olimpiya stadionuna doğru sıxlıq yaranıb
09:27 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu gün Bakı şəhərinin bir neçə küçə və prospektlərində "Koroğlu" metro stansiyasına doğru nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. 
"Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, sıxlıq əsasən hazırda Mikayıl Əliyev küçəsi, Qara Qarayev prospekti və Ziya Bünyadov prospektindən Olimpiya stadionuna doğru ("Koroğlu" m/st. yaxınlığında) müşahidə edilir. 
Bundan başqa, Koroğlu Rəhimov küçəsi, Tbilisi prospekti (Nəqliyyat Nazirliyinin qarşısı), Abbasqulu ağa Bakıxanov küçəsi (Türkiyə Səfirliyi istiqamətində) və Afiyəddin Cəlilov küçəsində avtomobillər ləng hərəkət edir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/bakida-olimpiya-standionuna-dogru-sixliq-yaranib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR