Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib

Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib

Date: 6 October 2016 09:32

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Telman Şövkət oğlu Səfərəliyevin məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilməsinə dair dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
“Report”un məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 234.4.2-ci (qanunsuz olaraq narkotik vasitələri, təkrar törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.
2014-cü ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Səfərəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Tags:  Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib

RƏYLƏR


Top news