Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aleksandr Əliyev klubsuz qaldı

Aleksandr Əliyev klubsuz qaldı

Date: 6 October 2016 09:47

Ukrayna millisinin sabiq üzvü Aleksandr Əliyev klubsuz qalıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, əslən azərbaycanlı yarımmüdafiəçi "Taraz"dan ayrılıb. 

Bu haqda Qazaxıstan təmsilçisinin idman direktoru Kanat Şertayev açıqlama verib: "Biz qarşılıqlı razılıq əsasında müqaviləni pozduq. Futbolçunun ailəsində problem var. Buna görə də o, Qazaxıstanı tərk etməli oldu". 

Xatırladaq ki, Aleksandr Əliyev "Taraz"la bu ilin iyulunda müqavilə imzalamışdı. Bu klubda Əliyev meydana çıxdığı 13 görüşdə 1 qol vurub.

Milli.Az


Tags:  Aleksandr Əliyev klubsuz qaldı

RƏYLƏR


Top news