10 illik evlilik bitdi

10 illik evlilik bitdi
09:51 6 Oktyabr 2016
90 Şou
Ölkə mətbuatı
A- A+

2006-cı ildə ailə quran və 2009-da oğulları dünyaya gələn Yılmaz Erdoğan və Belçim Bilginin boşandığı xəbəri yayılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 2013-cü ildən bəri boşanacaqları barədə tez-tez iddialar səslənən cütlük gizlicə rəsmi şəkildə ayrılıblar.

Gündəmdə müzakirə olunmaq istəməyən aktyor və aktrisa qarşılıqlı razılıqla, elə birinci ərizədə, problemsiz boşanıblar. 10 illik evlilikdən sonra tərəflər dost qalmağa qərar veriblər.

"Kördüğüm" serialından ayrılaraq Londona köçən aktrisa oğlu ilə orada yaşayacaq. Y.Erdoğan da tez-tez onları ziyarət edəcək.

Qeyd edək ki, B.Bilgin yanvarda boşanma xəbərlərini təkzib edərək "Biz bir-birimizi sevən, möhkəm ailəyik" demişdi.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58782

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR