"Bizim karyeramız artıq sona yaxınlaşır"

"Bizim karyeramız artıq sona yaxınlaşır"
09:57 6 Oktyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İtaliya millisi İspaniyanı qəbul edəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "skuadra adzurra"nın kapitanı Canluici Buffon oyunla bağlı fikirlərini "Tuttosport"a bildirib.

"Özündənrazılıq bizim üçün böyük səhv olar. Bunun üçün son Avropa çempionatındakı oyunu unutmalıyıq. Bu oyun dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə baxımından çox əhəmiyyətlidir".
 
Buffon həmçinin İspaniya millisinin hücumçusu, sabiq komanda yoldaşı Alvaro Moratadan və milliyə çağırılmamış İker Kasilyasdan da danışıb: "Morata? Ümid edirəm ki, o, bu oyunda çıxış etməyəcək. Çünki Alvaro belə oyunlarda fərqlənməyi yaxşı bacarır. İspaniya millisinin qapısında İker Kasilyası görməmək qəribə duyğudur. Bu, onu göstərir ki, bizim karyeramız artıq sona yaxınlaşır".
 
Qeyd edək ki, İtaliya - İspaniya oyunu oktyabrın 6-da, Turində baş tutacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR