Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əfqanıstana 15,6 milyard dollarlıq yardım vəd olunub

Əfqanıstana 15,6 milyard dollarlıq yardım vəd olunub

Date: 6 October 2016 10:02

Bakı. 6 oktyabr. REPORT.AZ/ Donor-dövlətlər yaxın 4 ildə Əfqanıstanın inkişafına 15,2 milyard dollar ayırmağı vəd ediblər.
"Report" BBC-yə isatinadən xəbər verir ki, ötən gün Avropa İttifaqının Əfqanıstana dair Brüsseldə keçirdiyi beynəlxalq konfrans başa çatıb.
İnformasiyaya əsasən, 4 il əvvəl bu məqsədlə 16 milyard dollar pul toplanıb. Məlumata görə, bu dəfəki məbləğin bir qədər az olmasına səbəb kimi Suriyadakı müharibənin donor-dövlətlərin diqqətinin yayındırması göstərilir.
Konfransda 70-dən çox dövlət və 20 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edib.
Rəsmi Kabul Avropanın geri göndərdiyi əfqan mühacirləri qısa müddətə qəbul etməyə razılıq verib.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov konfransındakı çıxışı zamanı deyib: "Bu yaxınlarda Prezident İlham Əliyev Azərbaycan və Əfqanıstan arasında xüsusilə təhlükəsizlik sahəsində bir neçə milyonluq yardım haqqında sazişi təsdiq edib. Onun həyata keçirilməsinə artıq başlanılıb. Bizim hərbi birləşmələrimiz Qətiyyətli Dəstək Missiyasında xidmət edir və biz NATO Etimad Fondu vasitəsilə əfqan ordusuna maliyyə yardımı göstəririk".
Məlumata görə, Əfqanıstanın ordusu və xüsusi xidmət orqanları hazırda ölkənin 34 əyalətində "taliban" silahlılarına qarşı döyüşür.

Tags:  Əfqanıstana 15 milyard dollarlıq yardım vəd olunub

RƏYLƏR


Top news