"AFB Bank"da yeni departament yaradılıb

"AFB Bank"da yeni departament yaradılıb
10:02 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ "AFB Bank" ASC-də Risklərin idarə olunması Departamenti yaradılıb. Bu barədə "Report" Bankın saytına istinadən xəbər verir.
Yeni departamentə rəhbərlik Babək Rəsulzadəyə həvalə olunub.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70 393 455 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 265 manat olan 55 647 səhm əsasında formalaşıb. Səhmlərin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/afb-bank-da-yeni-departament-yaradilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR