Lahıca hücum edən böcəklərlə bağlı RƏSMİ MƏLUMAT

Lahıca hücum edən böcəklərlə bağlı RƏSMİ MƏLUMAT
10:04 6 Oktyabr 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

 

“Son günlərdə İsmayıllı rayonunun Lahıc qəsəbəsi ərazisində kütləvi müşahidə olunan həşarat karabid böcəklər fəsiləsinə aid kürəni Leystus (Leistus terminatus Hell.) böcək növüdür”.

 

Lent.az-ın məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin Karantin Ekspertiza Mərkəzinin direktor əvəzi Taleh Şəmiyev bildirib. ONun sözlərinə görə, bu böcəklərin bədən uzunluğu 32–35 mm, bədənin döş və qarıncıq hissələri sarımtıl, baş hissəsi isə qara rənglidir: “Onlara otlu çalılıqlarda, mamır üzərində, kolluqlar və digər kölgəli və nəmli yerlərdə, daşların altında, qopmuş qabıq üzərində rast gəlinir. Əsasən alatoran vaxtları aktivlik yüksək olur. Ədəbiyyat məlumatlarına görə, bu böcəklər termal su sahələri ətrafında daha sıx toplanırlar”.

 

Onun sözlərinə görə, növün biologiyası haqqında məlumatlar az olsa da, böcək zoofaq və stratobiont (torpaq üzərində bitki qalıqlarının çürüntüləri altında) qidalanma tərzinə malik yırtıcıdır: “Əsasən (Kolembola) kiçik həşəratlarla qidalanırlar. Təbiətdə həşəratlar arasında az rast gəlinən, qışı aktiv keçirmək qabiliyyətinə malikdirlər. Hazırda müşahidə olunan kütləvi çoxalmalarının səbəbini müəyyənləşdirmək üçün isə bu bölgədə ətraflı araşdırma aparılmalıdır".

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255721

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR