General Saroyan "İsgəndər"ləri öz cipi ilə müqayisə etdi: "Nə Rusiya? Nə icazə?.."

General Saroyan "İsgəndər"ləri öz cipi ilə müqayisə etdi: "Nə Rusiya? Nə icazə?.."
10:05 6 Oktyabr 2016
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan parlamentinin deputatı, Qarabağ müharibəsində azərbaycanlılara qarşı xüsusi vəhşiliyi ilə ad çıxarmış general Seyran Saroyan jurnalistlərin Rusiyanın bu ölkəyə verdiyi "İsgəndər" operativ-taktiki raketləri barədə suallarına cavab verib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Saroyan raketlərin Rusiyaya məxsus olduğu və sadəcə paradda nümayiş etdirilmək üçün Ermənistana verildiyi, yaxud Rusiyanın icazəsi olmadan Ermənistanın bu silahdan istifadə edə bilməyəcəyi haqda söz-söhbətlərə münasibət bildirib.

"Bu, bizim silahlardır, pulumuzu verib almışıq. Kim bizə icazə verə bilər ki, onu ataq, yaxud atmayaq?" - Saroyan deyib.

Deputat-general raketlərin Ermənistana "nümayiş etdirilmək" üçün verildiyini deyənlərin "suyu bulandıranlar" olduğunu bildirib. Saroyan habelə təsdiq edib ki, bu raketlər Ermənistana yeni verilməyib, daha əvvəldən var idi. "Biz onu indi göstərdik. Eşitmək başqa şeydir, görmək başqa. Nümayiş etdirmirdik, ona görə də ki, bəhanə yox idi, üstəlik hərbi sirr idi.

Düşmənə hər şeyi göstərmək olmaz ki? Bizim hələ ehtiyatda nə qədər yaxşı şeylərimiz var, təkcə bu deyil! Əgər hamısını düşmənə göstərsən, onda necə vuruşmaq olar?" - Saroyan deyib.

"İsgəndər"lər bizim mülkiyyətimizdir. Necə ki, mən öz cipimə oturub sürürəm, eynilə bu da elədir", -deputat əlavə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/476563.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR