Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qəbələ"nin potensial rəqiblərinin oyununda darmadağın

"Qəbələ"nin potensial rəqiblərinin oyununda darmadağın

Date: 6 October 2016 10:12

"Qəbələ"nin UEFA Gənclər Liqasındakı potensial rəqibləri ilk oyunlarını keçiriblər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Çempionlar yolunun I mərhələsinin son qarşılaşmasında İsrail "Makkabi"si ilə Belarus "Şaxtyor"u üz-üzə gəliblər.
 
Hayfa təmsilçisi ev oyununda darmadağına sevinib. Belə ki, israillilər 5:0 hesabı ilə qalib gəliblər. İlk yarıda 1 qol vuran meydan sahibləri fasilədən sonra Soliqorsk təmsilçisini daha 4 dəfə məyus ediblər.
 
Komandalar arasında cavab oyunu oktyabrın 19-da Soliqorskda baş tutacaq.
 
Qeyd edək ki, "Makkabi" - "Şaxtyor" cütünün qalibi II mərhələdə "Qəbələ" - "Dinamo" (Moskva, Rusiya) duelinin güclüsü ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda şimallılar 2:0 hesabı ilə qalib gəliblər. Ximkidəki cavab oyunu ayın 19-da baş tutacaq.

Milli.Az


Tags:  Qəbələnin potensial rəqiblərinin oyununda darmadağın

RƏYLƏR


Top news