Vüqar Məhərrəmliyə etiraz etdi: "Niyə yas tutmalıyıq?"

Vüqar Məhərrəmliyə etiraz etdi:  "Niyə yas tutmalıyıq?"
10:16 6 Oktyabr 2016
2369 Şou
Ölkə mətbuatı
A- A+

“Axı biz niyə şəriət qanunları ilə yaşamalıyıq? Niyə ərəbin və farsın yasını tutmalıyıq? Niyə öz türklüyümzü yaşamamılıyıq, 2 ay yas saxlamalıyıq?”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Vüqar Muradov yazıb.

İfaçı Məhərrəmlik ayında 40 gün yas saxlanılmasına, toyların olmamasına qarşı çıxıb:

“Söhbət Qurandan gedirsə, orada yas saxlamaq yoxdur. Niyə insanlar özlərini müsəlman adlandırırlar? Yas saxlamalı olsa, mən Babək Xürrəmimə, 20 yanvar, Qarabağ şəhidlərimə yas saxlayaram. Bu hansı qanunda var?

Deyirlər, Vüqar danışma, tanınan adamsan, sənə qarşı antipatiya, nifrət olacaq, toyların azalacaq... Niyə 2 ay ofisiant, gül satan, xadimə, yemək bişirən, pomidor-xiyar, paltar satan, müğənni, musiqiçi, ölkə əhalisinin 70 faizi işsiz qalmalıdır?”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58786

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR