Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Tuba Büyüküstün ərini seriala dəyişdi - FOTOLAR

Tuba Büyüküstün ərini seriala dəyişdi - FOTOLAR

Date: 6 October 2016 10:18

Türkiyəli aktrisa Tuba Büyüküstünün boşanma səbəbi bəlli olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün boşanma səbəbi bu mövsüm hər ikisinin serial çəkilişlərində rol almasıdır.

Cütlüyün Torpaq və Maya adlı əkiz qızları olandan bəri işlərini fasilələrlə davam etdirirdi. Məsələn, gözəl aktrisa "20 dəqiqə " və “Kara para aşk” serialında rol alanda əkizlərə Onur Saylak baxırdı. Aktyor “Hatırla Gönül” filmində çəkiləndə isə aktrisa ona gələn təklifləri qəbul etməmişdi. Ancaq bu mövsüm cəlbedici təkliflər alan cütlük işlərinə davam etməyə qərar verib.

Büyüküstün baş rolda Kıvanç Tatlıtuğun paylaşdığı və hər bölümünə görə 120 min TL qazanacağı serialda çəkilməyə razı olub. Onur Saylak isə Xalid Ergenç və Bergüzar Korelin birlikdə rol aldığı filmə dəvət alıb. O, hər seriyaya görə 30 min TL alacaq. Aktyorun "Bu təklifdən heç vaxt imtina etmərəm" deməsi həyat yoldaşı ilə münasibətlərinin gərginləşməsinə səbəb olub. Halbu ki, cütlük "Artıq seriallarda növbəli şəkildə oynayacağıq. Birimiz çəkilişdə olanda o biri uşaqlarla vaxt keçirəcək", - demişdi.

Aytən














Tags:  Tuba Büyüküstün ərini seriala dəyişdi FOTOLAR

RƏYLƏR


Top news