Azərbaycan Kubokunda mövsümün püşkatması

Azərbaycan Kubokunda mövsümün püşkatması
10:22 6 Oktyabr 2016
26 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Kubokunda 2016/17-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, AFFA-nın inzibati binasında keçiriləcək mərasim saat 12:00-da start götürəcək.

Tədbirdə yarışın 18 iştirakçısının rəqibləri bəlli olacaq. Premyer Liqa klubları "Qarabağ", "Zirə", "Qəbələ", "İnter", "Kəpəz", "Neftçi", AZAL, "Sumqayıt" yarışa 1/8 finaldan başlayacaq. I divizion təmsilçiləri - "Rəvan", "Qaradağ Lökbatan", MOİK, "Şəmkir", "Zaqatala", "Turan Tovuz", "Bakılı", "Şahdağ", "Şərurspor", "Səbail" də kubokda qüvvəsini sınayacaq. "Ağsu", "Energetik", "Mil-Muğan" və "Göyəzən" isə bu dəfə yarışa qatılmayacaq.
 
Öncə 1/16 final mərhələsinin iki cütü bəlli olacaq. Bu raundda I divizion təmsilçiləri görüşəcək.
 
Ardınca 1/8 finalın 8 cütü müəyyənləşəcək. Bunlardan 6-da iki komanda yer alacaqsa, 2-də bir klub ilk mərhələdəki cütlüyün qalibini gözləyəcək.
 
Kubokun 1/16 final mərhələsi oktyabrın 12-də baş tutacaq. 1/8 final isə dekabrın 2-3-nə planlaşdırılıb.
 
İki oyundan ibarət olacaq 1/4 finalın matçları da bu il baş tutacaq. İlk oyunlar dekabrın 11-13-də, cavab qarşılaşmaları 20-21-də oynanılacaq. 2017-ci il martın 30-da və aprelin 5-də keçiriləcək yarımfinal matçlarında finalçılar bəlli olacaq. Həlledici qarşılaşma isə mayın 5-də oynanılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR