Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda vəzifəli şəxslər üçün cərimə

Azərbaycanda vəzifəli şəxslər üçün cərimə

Date: 6 October 2016 10:22

Azərbaycanda Tikintilərin Dövlət Reyestrinin aparılması qaydalarını pozan vəzifəli şəxslər cərimələnəcəklər.

Milli.Az bildirir kİ, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni əlavələrdə öz əksini tapıb.

Yeni layihədə qeyd edilib ki, tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatları Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətdə göndərməyənlər və təqdim etməyən vəzifəli şəxslər cərimələnəcəklər. Cərimənin məbləği 500 manatdan 1000 manatadək olacaq.

Vəzifəli şəxslər bu xətanı bir il ərzində təkrar törətdikdə onlar 2000 manat məbləğində cərimələnəcəklər.

Milli.Az


Tags:  Azərbaycanda vəzifəli şəxslər cərimə

RƏYLƏR


Top news