Beyazıt Öztürkün təqdim etdiyi “Bəyaz şou”-nun formatında radikal dəyişikliklər edilib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər həftə studiyadan canlı yayımlanan proqramın iki həftədən bir və xaricdən yayımlanmasına qərar verilib. Lakin mövsümün başlaması ilə Kanal “D”-də bir çox yeni layihələrə start verilsə də, Beyazın verilişi hələ də başlamayıb.
Qeyd edək ki, Bəyaz Öztürkün dünən Azərbaycanda keçirilməli olan konserti də ləğv edilib. Konsertin təşkilatçısı Nahid Emiloğlu olub. O, hələ konsertin təxirə düşməsi barədə açıqlama verməyib.
Aytən