Azərbaycan Kubokunda püşk zamanı - YENİLƏNİR

Azərbaycan Kubokunda püşk zamanı -   YENİLƏNİR
10:27 6 Oktyabr 2016
26 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Kubokunda 2016/17 mövsümünün püşkatma mərasimi keçiriləcək. Fanat.Az xəbər verir ki, AFFA-nın inzibati binasında keçiriləcək mərasim saat 12:00-da start götürəcək.
 
Mərasimdə 18 komandanın rəqibləri bəlli olacaq. 1/16 finalda cəmi iki oyun baş tutacaq. Bu mərhələdə I divizion təmsilçiləri yarışacaq. Ardınca isə 1/8 finalın 8 cütlüyü müəyyənlşəcək.

Aşağı liqa təmsilçilərindən “Ağsu”, “Energetik”, “Mil-Muğan” və “Göyəzən” kuboka qatılmayacaq.

Premyer Liqa: “Qarabağ”, “Zirə”, “Qəbələ”, “İnter”, “Kəpəz”, “Neftçi”, AZAL, “Sumqayıt”.
I divizion: “Rəvan”, “Qaradağ Lökbatan”, MOİK, “Şəmkir”, “Zaqatala”, “Turan Tovuz”, “Bakılı”, “Şahdağ”, “Şərurspor”, “Səbail”.

Qeyd edək ki, kubokun 1/16 final mərhələsi oktyabrın 12-də, 1/8 final isə dekabrın 2-3-də baş tutacaq. 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-kubokunda-puk-zaman-t53114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR