ŞOK: millimizin baş məşqçisi pedofiliyada ittiham edilir: iki azyaşlı qıza...

ŞOK: millimizin baş məşqçisi pedofiliyada ittiham edilir: iki azyaşlı qıza...
10:29 6 Oktyabr 2016
60 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan yığmasının baş məşqçisi, cüdo üzrə ikiqat olimpiya çempionu,  Peter Zayzenbaxer  pedofiliyada ittiham edilir. Lent.az "Associated Press"ə istinadən xəbər verir ki, 56 yaşlı Zayzenbaxerin iki azyaşlı qıza seksual xarakterli hərəkətlər etdiyi iddia olunur.

 

Məlumata görə, həmin qızlarından birinin polisə müraciətindən sonra bu barədə istintaq başlayıb.

 

İstintaq müəyyən edib ki, avstriyalı baş məşqçi Vyananın idman klublarından birində çalışarkən bir neçə uşağı seksual zorakılığa məruz qoyub.

 

Vyana prokurorluğunun məlumatına görə, zərərçəkən qızlardan biri Zayzenbaxerin ona qarşı 3 il ərzində seksual hərəkətlər etdiyini bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255728

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR