Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Çelsi" klubu ən bahalı müdafiəçi transferinə hazırlaşır

"Çelsi" klubu ən bahalı müdafiəçi transferinə hazırlaşır

"Real" 70 milyonluq futbolçu alır (12 Mart 2017 18:57)
"Barselona"nın "Çelsi"ni parçalamaq planı (10 Mart 2017 11:47)
"Transfer bombası"nı "Çelsi" partladacaq - 75 milyon (06 Mart 2017 11:47)

Tarix: 6 Oktyabr 2016 10:32

Bakı. 6 oktyabr. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubu İtaliya "Yuventus"unun futbolçusu Leonardo Bonuççini heyətinə qatmağa hazırlaşır.
"Report"un "Daily Telegraph"a istinadən verdiyi məlumata görə, London təmsilçisi Turin klubuna keçid üçün 50 milyon avro ödəməyə hazırdır.
Tranfser baş tutacağı təqdirdə, İtaliya yığmasının 29 yaşlı futbolçusu dünyanın ən bahalı müdafiəçisi adına sahib çıxacaq. Hələlik bu adı 38 milyon avroya Fransanın PSJ klubundan "zadəganlar"a keçən müdafiəçi David Luis özündə saxlayır.
Qeyd edək ki, Leonardo Bonuççi karyerası ərzində ölkəsinin "İnter", "Bari" "Trevizo" klublarında çıxış edib. O, İtaliya yığmasının üzvüdür.

Teqlər:  Çelsi klubu bahalı müdafiəçi transferinə hazırlaşır



RƏYLƏR


Top xəbərlər