Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"ABŞ Rusiya təyyarələrini Suriyada vurmalıdır"

"ABŞ Rusiya təyyarələrini Suriyada vurmalıdır"

Date: 6 October 2016 10:37

ABŞ-ın rəhbərliyi altında yaradılan beynəlxalq koalisiya Suriya və Rusiya Hərbi Hava Qüvvələrini Suriya ərazisində uçuşlarını dayandırmağa məcbur etməlidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında amerikalı senator Con Makkeyn söyləyib. Onun sözlərinə görə, Suriya böhranına yeni yanaşma Rusiya təyyarələrinin ölkə üzərində uçuşlarının dayandırılmasından sonra başlamalıdır:
 
"ABŞ və onun tərəfdaşları Əsədə ultimatum verməlidirlər ki, əgər uçuşlar dayandırılmasa, təyyarələri məhv ediləcək. Biz Rusiyaya anlatmalıyıq ki, onların təyyarələrinə təhlükə yaradacaq bütün tədbirləri görə bilərik. Vaşinqtonun Suriya ilə bağlı yeni strategiya hazırlamağının vaxtı çatıb".

Milli.Az


Tags:  ABŞ Rusiya təyyarələrini Suriyada vurmalıdır

RƏYLƏR


Top news