500 milyon dollarlıq boşanma başlanır - FOTO

500 milyon dollarlıq boşanma başlanır - FOTO
10:37 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Britaniyada ölkə tarixinin ən böyük boşanma prosesi başlayır. Daşınmaz əmlak maqnatı, milyarder Riçard Kerinq xanımı Jakidən ayrılmaq niyyətindədir.

Milli.Az The Sun-a istinadən bildirir ki, 68 yaşlı milyarder restoran və moda biznesində də aktiv fəaliyyətdədir. O, 45 il əvvəl evləndiyi, 57 yaşlı Jaki ilə "artıq yaşaya bilmədiyini" bəyan edib.

Riçard Kerinq hazırda 35 yaşlı braziliyalı sabiq model Patrisia Mondini ilə birlikdə yaşayır.

Boşanma Kerinqə 500 milyon dollara başa gələcək. Belə ki, Jaki Kerinq təzminat qismində məhz bu məbləği tələb edib və milyarder də razılaşıb.

İlkin anlaşmaya görə, Riçard Kerinqin ödəyəcəyi təzminata Londonda 5 restoran, o cümlədən çox məşhur "The İvy" və "Le Caprice", habelə Londonun şimalında yerləşən və "Hempsteddəki Versal sarayı" (Versailles of Hampstead) adlanan superlüks malikanə, Sent-Cons Vud səmtindəki 32 milyon funt-sterlinqlik malikanə və s. daxildir.

500 milyon dollar Riçard Kerinq üçün böyük məbləğ deyil.

Onun dostlarından biri deyib: "Riçard ailə həyatının davamı ilə bağlı hansısa illüziya bəsləmir. O, yeni həyata başlayır. Lakin Riçard o qədər varlıdır ki, 500 milyon dollarlıq təzminatın ödənişi onun yaşamına zərrə qədər təsir etməyəcək".

Riçard Kerinqin Jaki ilə nikahından iki övladı var. Ceymi Kerinq MTV Networks Europe-un vitse-prezidentidir, Ben Kerinq isə "Soho House"un rəhbəridir.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/476560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR