DÇ-2018: Köhnə finalçılar üz-üzə, Türkiyə - Ukrayna qarşıdurması

DÇ-2018: Köhnə finalçılar üz-üzə, Türkiyə - Ukrayna qarşıdurması
10:43 6 Oktyabr 2016
138 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün DÇ-2018-in seçmə mərhələsində UEFA zonasında 2-ci turun oyunlarına start veriləcək.

Publika.az xəbər verir ki, ilk oyun günündə 3 qrupda 9 oyun baş tutacaq.

Günün ən maraqla gözlənilən qarşılaşması Turində olacaq. G qrupunda mübarizə aparan 2012-ci ilin qitə çempionatının finalçıları İtaliya və İspaniya yığmaları yenidən üz-üzə gələcəklər.

Azərbaycanlı futbolsevərlərin də diqqət mərkəzində olan Türkiyə yığması da seçmə mərhələnin II turundakı oyununa bu gün çıxacaq. İlk görüşdə səfərdə Xorvatiyadan 1 xal alan “Ay-ulduzlular” bu dəfə öz meydanlarında Ukraynanı xalsız yola salmağa çalışacaqlar.

Qeyd edək ki, millimiz oktyabrın 8-də Bakıda Norveçi qəbul edəcək.

DÇ-2018. Seçmə mərhələ, 2-ci tur, UEFA zonası

6 oktyabr

D qrupu

22:45 İrlandiya – Gürcüstan

22:45 Moldova – Serbiya

22:45 Avstriya – Uels

G qrupu

22:45 İtaliya – İspaniya

22:45 Lixtenşteyn - Albaniya

22:45 Makedoniya – İsrail

I qrupu

22:45 Türkiyə - Ukrayna

22:45 İslandiya – Finlandiya

22:45 Kosovo – Xorvatiya


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/171153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR