"Rusiyanın maraqları da nəzərə alınıb" - Natiq Əliyev

"Rusiyanın maraqları da nəzərə alınıb" - Natiq Əliyev
10:44 6 Oktyabr 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanla Qazaxıstanı etnik-tarixi köklərdən başqa, son onilliklərin siyasi münasibətlər sistemini müəyyənləşdirən əhəmiyyətli faktorlar - geostrateji mövqe, zəngin enerji resursları, Şərq-Qərb, Şimal-Cənub enerji və kommunikasiya dəhlizlərinin üzərində yerləşmələri kimi mühüm məqamlar yaxınlaşdırır.

 

"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc olunan məqaləsində deyilir.

 

Nazir bildirib ki, Azərbaycan və Qazaxıstanın materikin əsas geosiyasi bölgəsi olmalarına imkan verən bu üstünlüklər, düşünülmüş və balanslaşdırılmış siyasət sayəsində hər hansı bir dövlətin maraqlarına qarşı yönəlməyən, regionun inkişafına təkan verən layihələrin həyata keçirilməsini təmin edib: "Əsasən, Qərb şirkətlərinin iştirakı ilə reallaşdırılan bu transmilli layihələrdə, üstəlik Rusiya kimi böyük region dövlətlərinin də maraqları nəzərə alınıb. Azərbaycan da, Qazaxıstan da bu gün həm enerji daşıyıcılarının hasilatına xarici kapitalın cəlb edilməsi və bu daşıyıcıların dünya bazarlarına çıxarılması məsələsində, həm də Xəzərin hüquqi statusu kimi mövzularda oxşar mövqedən çıxış edərək, dünyada enerji təhlükəsizliyinin təminatında etibarlı alternativ tərəfdaş kimi çıxış edir. Ona görə də böyük bir coğrafiyanın gələcək müqəddəratının müəyyənləşdiricisi kimi Azərbaycanla Qazaxıstanın adının birgə çəkilməsi heç də təsadüfi deyildir".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255730

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR