Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ədəbiyyat müəllimindən şagirdlərinə qarşı əxlaqsızlıq

Ədəbiyyat müəllimindən şagirdlərinə qarşı əxlaqsızlıq

Date: 6 October 2016 10:47

Ankaradakı Anadolu liseylərinin birində şagirdlərinə qarşı əxlaqsızlıq edən ədəbiyyat müəllimini ağır həbs cəzası gözləyir.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, ədəbiyyat müəllimi şagirdlərini hazırlıq adı ilə evinə çağıraraq onlara qarşı əxlaqsızlıq edib. O, masaj adı ilə qızlara toxunub, hipnozdan istifadə edərək onlarla təmasda olub. Bir neçə dəfə bu halla qarşılaşan şagirdlər bunu valideynlərinə bildiriblər. Qızların dediyinə görə, müəllim bəzən evindəki dərsləri yarıçılpaq halda keçib. Bunu öyrənən valideynlər müəllimi polisə veriblər. O, məhkəməyə çıxarılıb. Müəllimin 37 illik azadlıqdan məhrum edilməsi tələb olunur.

Milli.Az


Tags:  Ədəbiyyat müəllimindən şagirdlərinə qarşı əxlaqsızlıq

RƏYLƏR


Top news