Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pul üstündə yeznəsini öldürənə 18 İL HƏBS

Pul üstündə yeznəsini öldürənə 18 İL HƏBS

Date: 6 October 2016 10:49

Bakıda yeznəsini pul üstündə qətlə yetirməkdə təqsirləndirilən Ziya Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Z.Əzizov 18 il müddətinə azadlıqdan məhrum edilib. Ötən prosesdə dövlət ittihamçısı çıxışında Z.Əzizovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, qətl bu il Bakıxanov qəsəbəsində baş verib. Tərtər rayon sakini Z.Əzizov verdiyi borcu almaq üçün qəsəbədə yerləşən yataqxanaya gəlib və orada bacısının əri, Bərdə rayon sakini Vasif İsmayılovla aralarında münaqişə yaranıb. Daha sonra Z.Əzizov bıçaqla V.İsmayılova xəsarət yetirərək, hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş V.İsmayılov orada ölüb. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əzizov tutulub.


Tags:  Pul üstündə yeznəsini öldürənə 18 İL HƏBS


RƏYLƏR


Top news