Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tramp: “Putinlə dəhşətli münasibətlər yarana bilər”

Tramp: “Putinlə dəhşətli münasibətlər yarana bilər”

Date: 6 October 2016 10:53

“Hələ məlum deyil ki, Rusiya prezidenti Vladimir Putinlə mənim aramda hansı münasibətlər yaranacaq”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Nevada ştatında tərəfdarları qarşısında çıxışı zamanı Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.

Onun sözlərinə görə, KİV-də iddia edirlər ki, Donald Tramp Putini sevir.

“Mən sevmirəm və nifrət etmirəm. Ola bilər, bizim münasibətlərimiz yaxşı olsun. Ola bilər, bizdə dəhşətli münasibətlər yaransın. Hər şey ola bilər. Əgər Rusiya ilə yola getsək, birlikdə İŞİD-i məhv edəcəyik. Hesab edirəm ki, bu, yaxşıdır”, - Tramp bildirib.

Qeyd edək ki, Tramp daha əvvəllər dəfələrlə Rusiya rəhbərliyinin Suriyada İŞİD-lə mübarizə üzrə hərəkətlərini tərifləyib.

Ömər Dağlı


Tags:  Tramp Putinlə dəhşətli münasibətlər yarana bilər


RƏYLƏR


Top news