Balıq mövsümü başladı; təzə balığı necə tanımalı?

Balıq mövsümü başladı; təzə balığı necə tanımalı?
11:05 6 Oktyabr 2016
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad və Lənkəranın balıq bazarından REPORTAJ - VİDEO (16 Aprel 2017 20:47)
Fotodakı balığı tapın (14 Aprel 2017 14:49)
Xəzərdə balıqçılar çəkisi 1 tona yaxın balıq tutdular - FOTO (14 Aprel 2017 11:18)

"Hansı ayın adında "r" hərfi varsa, o ayda balıq yemək olar" kimi bir deyim formalaşıb. Düzdür, bu ruslardan gələn bir fikirdir. "R" hərfi "rıba"ya işarədir. Ancaq peşəkar balıqçılar deyirlər ki, balığı ilin 12 ayında yemək olar. Sadəcə, "r" hərfi olmayan isti yay aylarında balığı təzə-təzə, tutan kimi yemək lazımdır...

Amma bu bir reallıqdır ki, Azərbaycanda balıq mövsümü adətən sentyabrın sonlarından başlayır. Azərbaycan mətbəxində balıq önəmli bir yer tutur, məclislərdə, şadlıqlarda ən azı bir növ də olsa, balıq yeməyi süfrəyə qoyulur.

Milli.Az musavat.com-a istinadən bildirir ki, balıq mövsümünün başlamasını nəzərə alaraq balıqların qiyməti, keyfiyyəti ilə maraqlanmaq üçün "Yaşıl bazar"a üz tutduq. Burada sırf balıqlar üçün nəzərdə tutulmuş bölümdə həm göl, həm də dəniz balıqları satılırdı. Göl balıqları böyük akvariumda saxlanılır. Təbii ki, qiymətlər də balıqların növünə görə dəyişir. Ötən illə müqayisədə balıqların qiymətində 1-2 manat arası bahalaşma müşahidə edilir. Bir çox alıcılar balığın qiymətinin bahalaşmasının balıq mövsümünün yeni başlaması ilə əlaqəli olduğunu desə də, satıcılar bu fikirdə deyil. Satıcı İlham Novruzov qiymətlərin hava şəraitinə görə dəyişdiyini dedi: "Balıq elə bir şeydir ki, onun qiyməti hər gün dəyişə bilər. Bu gün baha gördüyünüz balığı sabah gəlib ucuz da görə bilərsiniz. Hava pis olanda balıq tutmaq çətin olur, əziyyət tələb edir. Ona görə də qiyməti dəyişir, baha ola bilər. Mülayim havada balıq nisbətən ucuz olur".

Balıqların qiyməti isə aşağıdakı kimi idi: Kilkə 2 manat 50 qəpik, "syomqa" 25 manat, sazan 6 manat, "Sibas Dorado" 17 manat, nərə 30 manat, berj 11 manat, forel 14 manat, xanı 5 manat, kütüm isə 7 manata satılırdı. Akvariumda diri balıqlar da satılırdı. Mağaza müdiri akvariumdakı balıqların Gürcüstandan gətirildiyini və göl balıqları olduğunu deyirdi: "Bu balıqlar göl balıqlarıdır. Dəniz balığı göl balığına nisbətən daha dadlı olur. Qiymətində də fərq var. Göl balığı nisbətən ucuz olur. Biz dəniz balıqlarını Nardarandan tuturuq. Xəzər balıqlarıdır. Balıq tutulub təmizləndisə, gərək yeyilsin. Səhər tutulan balıq mağazada axşamadək qala bilər. Bizim mağazamızda balıq qalmır. Alıcılarımız çoxdur. Çünki mağazamızdakı balıqlar həmişə təzə olur. Hamısı gündəlik tutulan balıqlardır. Hətta restoranlarda bizdən sifariş edib alırlar".

Keyfiyyətli, təzə balığı seçməyin yollarına gəlincə isə satıcı bunun üçün iki əsas məqama diqqət yetirməyin vacib olduğunu dedi: "Təzə balığın qulağı qırmızı, gözü isə şəffaf olmalıdır. Əgər balığın gözləri canlı, bayıra doğru çıxmış vəziyyətdədirsə, demək ki, təzədir. Balığın gözü ölü kimidirsə, demək ki, köhnədir. Alıcılara biz balıqları təmizləyib, duzlayıb veririk. Bu ayrıca pul hesablanmır. Hamısı balığın qiymətinin içində gedir".

Mütəxəssislər təzə balığı tanımağın daha bir neçə yolu olduğunu bildirirlər. Məsələn, balığın pulcuqlarına toxunun, canlı və parlaq olmalıdır. Toxunduğunuzda tökülməməlidir. Balığı əlinizlə qaldırdığınızda quyruğu əyilmədən dik şəkildə durursa, o balıq təzədir. Balıqdan dəniz qoxusu gəlirsə, təzədir. Balığın ətinə barmaqla basın və dərisi yenidən əvvəlki vəziyyətinə qayıda bilirsə, təzədir.

Bəzən alıcılar mağazalarda satılan buzlamış balıqları almağa ehtiyat edir. Bir neçə gün qalmış və buzlamış balıqların zərərli olduğunu düşünürlər. "Yaşıl bazar"da balıqsatan isə bu fikrin yanlış olduğunu dedi: "Marketlərdə satılan buzlamış balıqlar sağlamlığa zərərli deyil. Balığın saxlama temperaturu var. Əgər temperatur rejimi düzgün qurularsa, o balığı istənilən qədər saxlamaq olar".

Qeyd edək ki, balığı sentyabr ayından may ayınadək yemək olar.

Balıqçılar deyirlər ki, aylara, suyun hərarətinə görə müxtəlif növ balıqları tutmaq asandır. Məsələn, suyun hərarəti 28-29 dərəcə olanda suyun üzü kefal balıqları ilə dolu olur. Hazırda sazanla voblanın dövrüdür. Qışda isə karp, karas balıqları ovlanılır.

Balığın tərkibindəki zülal, D vitamini, fosfor və kalsium kimi maddələr insan orqanizmi üçün çox xeyirlidir. Hətta tez-tez balıq əti yeyən adamlarda iflic və ürək çatışmazlığı baş verməsi faizi olduqca aşağıdır. Balıq həmçinin sümüklərin əriməsini əngəlləyir. Zehni açır, hafizə itkisi, unutqanlığa qarşı təsirli olur. Bundan başqa, saçları və dərini qidalandırır. Göz sağlamlığı üçün isə faydası danılmazdır. Sağlamlığa çox mühüm fayda verdiyi üçün mütəxəssislər balığın həftədə ən azı 2 dəfə yeyilməsinə diqqət çəkir. Ümumilikdə isə hər bir orta yaşlı insan il ərzində ən azı 15-20 kiloqram balıqdan istifadə etməlidir. Ancaq balığın bu özəlliklərindən faydalanmaq üçün təzəliyindən bişirilmə üsuluna, yanında nələr yeyilməsinə qədər bir çox nəsnəyə də diqqət etmək lazımdır. 

Balığın yanında aruqula (roka) yemək olmaz. Rokanın tərkibində olan yüksək dəmir balıqla yeyildiyində kalsium miqdarını azaldır. Limonun tərkibindəki antioksidantlar və C vitamini balıqdakı Omega 3-ün bədəndəki istifadəsini artırır. Üzərinə bir neçə damcı limon sıxanda balığın zəhərləyici təsiri mövcuddursa, bədəndəki toksik təsirini azaldır. Proteinləri öldürənə qədər bişirməyin. Proteinlər istiliyə məruz qaldıqda yox olur. Başqa sözlə desək, balıqdakı proteinin bədən üçün heç bir faydası qalmır. 

Buna görə buğlama, ya qrildə bişirilmə üsullarından istifadə edərək balığı azca sulu, çox qızartmadan bişirmək lazımdır. Şəkərli, kremli, lobyalı sousları balıqla istifadə etməyin. İstəsəniz, limonlu, tərəvəzli qarnirlərlə yeyə bilərsiniz. Belə balıq daha ləzzətli və sağlam olacaq. Ən doğru bişirilmə üsulu buxarda bişirməkdir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Cocuq Mərcanlıda partlamamış hərbi sursatlar aşkarlandı

24 Aprel 2017 01:58

“Suka” olmaq istəməyən “kriminal generallar”ın dəhşətli ölümləri - VİDEO

24 Aprel 2017 01:33

Kendall Merilin obrazında - FOTO

24 Aprel 2017 01:32

Gəncədə taksi sürücüsü döyüldü

24 Aprel 2017 01:29

"Ginnesin Rekordlar Kitabı"na düşən azərbaycanlılar

24 Aprel 2017 01:21

Messi “Barselona”da 500-cü qolunu vurdu

24 Aprel 2017 01:19

"Barselona" "El-Klassiko"da qələbə qazandı

24 Aprel 2017 01:03

Madriddə triller: 5 qol, qırmızı vərəqə, Messinin benefisi

24 Aprel 2017 00:58

Le Pen seçkilərdən sonra ilk dəfə danışdı

24 Aprel 2017 00:56

Messi son saniyələrdə "Real"a ŞOK YAŞATDI

24 Aprel 2017 00:47

Fransada prezident seçkilərinin iki namizədi ikinci tura adladı

24 Aprel 2017 00:44

Yumurtanın təzə olub-olmadığını öyrənmək üçün

24 Aprel 2017 00:34

Türkiyə klubunun futbolçusu özünü asdı

24 Aprel 2017 00:18

Tanınmış futbolçu intihar etdi

24 Aprel 2017 00:16

Astroloji proqnoz - 24 aprel

24 Aprel 2017 00:13

Bu videoya baxmaq ürək istəyir

24 Aprel 2017 00:09

Günün qoroskopu: tənbəllik və süstlük etməyin

24 Aprel 2017 00:05

Kubok "Qarabağ"a təqdim olundu

23 Aprel 2017 23:58

İki yol qəzasında 3 nəfər xəsarət alıb

23 Aprel 2017 23:57

4 otaqlı ev yanıb

23 Aprel 2017 23:57

Möhtəşəm su festivalı Mingəçevirdə - FOTOLAR

23 Aprel 2017 23:53

Türkiyədə futbolçu intihar edib

23 Aprel 2017 23:52

“Qaziantepspor”un futbolçusu intihar etdi

23 Aprel 2017 23:49

Yaşlandıqca uşaqlaşır, öldüyünə inanır

23 Aprel 2017 23:44

İŞİD-dən gözlənilməz hücum: 10 hərbçi həlak oldu

23 Aprel 2017 23:43

İkardi Vierinin 16 illik nəticəsini təkrarladı

23 Aprel 2017 23:42

Sakit okeanda ABŞ-Yaponiya birgə hərbi təlimləri başladı

23 Aprel 2017 23:28

Xəsarətlə nəticələnən yol qəzası baş verib

23 Aprel 2017 23:27

Avtomobil 60 yaşlı qadını vurdu - Biləsuvarda

23 Aprel 2017 23:24

İlk görüşdə seks faydalıdır

23 Aprel 2017 23:23

İŞİD silahlıları İraqda hərbi nəqliyyata hücum ediblər: 10 ölü, 20 yaralı

23 Aprel 2017 23:17

"Qarabağ" kuboku aldı

23 Aprel 2017 23:13

Ərinin 18 il əvvəlki fotosunu paylaşdı

23 Aprel 2017 23:12

İnsanları anında tanıyın

23 Aprel 2017 23:10

Adriana Lima yenə libası ilə diqqət çəkdi - FOTO

23 Aprel 2017 23:05

Ev əşyaları ilə birgə yandı

23 Aprel 2017 23:00

Fransada prezident seçkilərinin ilkin nəticələri açıqlandı

23 Aprel 2017 22:58

Gürcüstanda ağır qəza: 6 ölü, 1 yaralı

23 Aprel 2017 22:54

Hərbçilərin qisası PKK-dan alındı

23 Aprel 2017 22:53

Parisin mərkəzində etiraz aksiyası başlayıb

23 Aprel 2017 22:47

Qüdrət Həsənquliyev: “Son vaxtlar Konstitusiyaya zidd qanunlar qəbul edirik”

23 Aprel 2017 22:43

Fransa DİN-i Le Peni prezident seçkilərinin favoriti adlandırıb

23 Aprel 2017 22:42

Dünyanın ən gözəl qadını kimdir?

23 Aprel 2017 22:41

"Azərbaycan-Türkiyə-Rusiya formatı çərçivəsində əməkdaşlıq regionda sabitliyi möhkəmləndirəcək"

23 Aprel 2017 22:37

Serialın baş qəhrəmanını bir də belə görün - FOTO

23 Aprel 2017 22:32

"Fənərbaxça" "Qalatasaray"ı belə məğlub etdi

23 Aprel 2017 22:29

Partlayışda ölən ATƏT əməkdaşının adı açıqlandı

23 Aprel 2017 22:28

Statistika Komitəsi həyəcan təbili çaldı: QIZLARI ÖLDÜRÜRLƏR

23 Aprel 2017 22:18

Bakı-2017: "Xəzərdən başlayan səyahət" Mingəçevirə yetişib - FOTO

23 Aprel 2017 22:17

Azərbaycan yığmasının futbolçusu Slovakiya çempionu olub

23 Aprel 2017 22:12