Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Dostluq" parkı ərazisinin qanunsuz alqı-satqısını həyata keçirməkdə təqsirləndirilən şəxslər məhkəməyə müraciət ediblər

"Dostluq" parkı ərazisinin qanunsuz alqı-satqısını həyata keçirməkdə təqsirləndirilən şəxslər məhkəməyə müraciət ediblər

Toya gəlməyəni məhkəməyə vermək olarmı? - VƏKİL MÜNASİBƏTİ (27 Mart 2017 14:53)
Ali Məhkəmə keçmiş "OMON"çuların şikayətini təmin etməyib (14 Mart 2017 11:32)
Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib (10 Mart 2017 17:07)

Tarix: 6 Oktyabr 2016 11:12

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Dostluq" parkının ərazisindəki torpaq sahələrinin alqı-satqısını qanunsuz olaraq həyata keçirməkdə təqsirləndirilən Famil Quliyev, Etibar Məmmədov və Tərlan Hüseynov barələrində olan hökmdən apellyasiya şikayəti verib.
Bu barədə "Report"a vəkil İlhamə Həsənova bildirib.
Vəkilin sözlərinə görə, bu gün apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. İ.Həsənova bildirib ki, hüquqlarını müdafiə etdiyi T.Hüseynovun barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
İşə yaxın günlərdə baxılacaq.
Qeyd edək ki, "Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı Prezident İlham Əliyev ötən il keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb. Bundan sonra cinayət işi başlanılıb və Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşları 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlunu istintaqa cəlb ediblər. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarılıb. Daha sonra 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub. Bir müddətdən sonra T.Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Ötən prosesdə məhkəmənin qərarı ilə T.Hüseynovun barəsində olan ev dustaqlığı ləğv edilərək, həbs qətimkan tədbiri ilə dəyişdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədov 7 il 6 ay, F.Quliyev 7 il, T.Hüseynov 7 il 6 ay azadlıqdan məhrum edilib.

Teqlər:  Dostluq parkı ərazisinin qanunsuz alqı-satqısını həyata keçirməkdə təqsirləndirilən şəxslər məhkəməyə müraciət ediblər



RƏYLƏR


Top xəbərlər