ŞOK XƏBƏRDARLIQ: “Oynayırsınız və öz ölkənizi satırsınız”

ŞOK XƏBƏRDARLIQ: “Oynayırsınız və öz ölkənizi satırsınız”
11:13 6 Oktyabr 2016
54 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Sakarya Universitetinin professoru Əbubəkr Sofuoğlu “Pokemon Go”oyununu oynayanları tənqid edib.

Publika.az xəbər verir ki, professor bu oyunu oynayanların öz ölkələrini satdığını bildirib.

“Bir agent Malatyanın əhəmiyyətli küçələrin, keçid nöqtələrin, dövlət təşkilatlarının və hərbi strukturların fotoşəkillərini çəkmək istəsə, polis nə edər? Tutar və deportasiya edər. Agentə ehtiyac yoxdur, çünki “Pokemon Go” ilə biz bütün bunların fotoşəkillərini çəkib sistemə yükləyirik”, - o, deyib.

Mobil telefonları elektronik qandala bənzədən Əbubəkr Sofuoğlu gənclərin özlərini qandalladıqlarını dilə gətirib.

O, bildirib ki, Yaponiya hökuməti artıq nüvə təsisləri və ətrafında “Pokemon Go” oyununun oynanılmasını qadağan edib: “Pokemon Go” oynayırsınız və öz ölkənizi satırsınız. Bu oyun qadağan ediləcək. Amma o zaman hər şey gec olacaq, çünki şəkillərin çoxu artıq göndərilmiş olacaq. Həmin vaxt isə başqa bir oyunla məşğul olacağıq. Bu qandallardan xilas olun”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR