76 mindən artıq uşaq məktəbəhazırlıq qruplarına gedir - Nazirlik

76 mindən artıq uşaq məktəbəhazırlıq qruplarına gedir - Nazirlik
11:14 6 Oktyabr 2016
89 Digər
Ölkə mətbuatı
A- A+

 

Oktyabrın 6-da Təhsil Nazirliyində brifinq keçirilib.

 

Lent.az-ın məlumatına görə, brifinqdə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qeyd edib ki, bu tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul pilot olaraq “ASAN peşə” layihəsi üzrə Bakı və Gəncə şəhərlərində həyata keçirilib. C. Valehov bildirib ki, Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasında reallaşdırılan layihə çərçivəsində 4286 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Ənənəvi olaraq həmişə peşə təhsil müəssisələrinə zəif oxuyan şagirdlərin qəbul olduğunu xatırladan sektor müdiri deyib ki, bu il qəbul olunanlardan 733 nəfərinin əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi “4”dən yuxarı olub. C.Valehov əlavə edib ki, yeni tədris ilində atılan ən uğurlu addımlardan biri də məktəbəqədər hazırlıq qruplarının açılmasıdır: “ Yeni tədris ilindən ölkənin bütün rayon və şəhərlərinin ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb. 2016-2017-ci tədris ili üçün respublika üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıqdır”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255733

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR