ABŞ-da qasırğa səbəbiylə təxminən 1600 aviareys ləğv edilib

ABŞ-da qasırğa səbəbiylə təxminən 1600 aviareys ləğv edilib
11:17 6 Oktyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ "American Airlines" aviaşirkəti ABŞ-da təxminən 1600 aviareysi ləğv edib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, aviaşirkət bu addımı "Metyu" qasırğası səbəbilə fırtına xəbərdarlığının elan olunmasına görə atıb.
"American Airlines" şirkətindən bildiriblər ki, uçuşların ləğvi oktyabrın 6-dan tətbiq edilir və Mayami Beynəlxalq Hava Limanına, Fort Loderdeyl - Hollivud aeroportuna və Palm Biç hava limanına şamil edilir.
Şirkət uçuşları oktyabrın 7-də bərpa etmək niyyətindədir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-da-qasirga-sebebiyle-texminen-1600-aviareys-legv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR